"Qarabağ"ın futbolçusu "Marsel"lə ilk oyunu buraxacaq

Hazırda oxunan: "Qarabağ"ın futbolçusu "Marsel"lə ilk oyunu buraxacaq
59770
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Qarabağ"ın futbolçusu Abbas Hüseynov Konfrans Liqasının pley-off mərhələsində "Marsel"lə ilk oyunda iştirak edə bilməyəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1/4 finalında səfərdə "Keşlə"yə 6:0 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra keçirilən mətbuat konfransında bildirib.

O, 26 yaşlı müdafiəçinin məşqdə zədələndiyini bildirib:

"Bir həftə, bəlkə də 4-5 gün məşq edə bilməyəcək. Qış hazırlığında da komandaya gec qoşuldu, xəstələnmişdi. Əsas oyunçularımızdandır. Bu gün zədəyə görə oynamadı".

Qeyd edək ki, "Qarabağ" "Marsel"ə qarşı ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə 1 həftə sonra Bakıda keçirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO