Dünya çempionatına yekun vurulur - Azərbaycanlı idmançı finalda mübarizə aparacaq

Dünya çempionatına yekun vurulur - Azərbaycanlı idmançı finalda mübarizə aparacaq

Hazırda oxunan: Dünya çempionatına yekun vurulur - Azərbaycanlı idmançı finalda mübarizə aparacaq
46960
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Bakıda keçirilən batut gimnastikası üzrə dünya çempionatına yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, çempionatın sonuncu günündə kişi və qadın batutçular final mərhələsində güclərini sınayacaqlar.

Eləcə də qadınlar arasında ikili mini-batut üzrə yarışda mükafatçılar bəlli olacaq.

Azərbaycan tamblinqçisi Mixail Malkin də finalda mübarizə aparacaq. Kişilərin yarışında M.Malkin ilə yanaşı, finalda Rusiya Gimnastika Federasiyasının nümayəndələri Aleksandr Lisitsin, Vadim Afanasev, ABŞ təmsilçisi Kaden Braun, Böyük Britaniya gimnastları Uilliam Koven, Kristof Uilerton, danimarkalı Martin Abildqaard və Adam Matthiesen çıxış edəcəklər.

Dünya çempionatına komanda hesabında çoxnövçülük yarışları ilə yekun vurulacaq.

Xatırladaq ki, dünya çempionatında 33 ölkədən 300-dək gimnast iştirak edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO