Azərbaycan Premyer Liqasında 2 OYUN

Azərbaycan Premyer Liqasında 2 OYUN

Hazırda oxunan: Azərbaycan Premyer Liqasında 2 OYUN
46842
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu keçiriləcək.

Bizim.Media xəbər verir ki, günün ilk matçında "Zirə" "Səbail"i qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda Əliyar Ağayevin idarəçiliyi ilə keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq.
 

10 turdan sonra meydan sahibləri 16 xalla 4-cü, qonaqlar 9 xalla 7-ci pillədə qərarlaşıb. Son iki qarşılaşmada “Zirə” iki qolla üç xal qazanıb. "Səbail" isə ardıcıl 7 oyundur rəqibinə qalib gələ bilmir.


Günün digər görüşündə "Neftçi" "Sabah"la üz-üzə gələcək. Saat 18:15-də başlayacaq qarşılaşmanın əsas hakimiRəvan Həmzəzadə olacaq.

Flaqman 17 xalla 3-cü, qonaqlar 8 xalla 8-ci sıradadır. 

Qeyd edək ki, turun açılış oyununda "Qarabağ" evdə "Keşlə"yə 1:0 hesabı ilə qalib gəlib. Tura noyabrın 21-də "Qəbələ" - "Sumqayıt" matçı ilə yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO