
- A-
- A
- A+
Zaqatala erməni rəqibini 10 saniyəyə nokaut edən Gözəli gözləyir - FOTO/VİDEO
Zaqatala iki gün əvvəl İstanbulda erməni rəqibi Nare Marqarosyanı 10 saniyəyə nokaut etmiş həmyerliləri Gözəl Zutovanın rayona gəlişini səbrsizliklə gözləyir.
Bu barədə Bizim.Media-ya şəhid A. Qurbanov adına 3-cü Tala kənd orta məktəbinin tarix müəllimi Xalidə Şabanova məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanlı qadın erməni rəqibini 10 saniyəyə nokaut etdi - VİDEO
“Zəfər gününü təntənə ilə qeyd etdiyimiz bu ay həmyerlimiz Gözəlin erməni idmançı üzərində qələbəsi bizi çox sevindirdi.Rayonun təhsil ocaqlarında şagirdlərə bu haqda məlumat verilir,tədbirlər keçirilir”, - deyə o bildirib.
Qeyd edək ki, milliyyətcə avar olan Gözəl Zutovanın doğulduğu Zaqatalaya nə vaxt gələcəyi hələ məlum deyil. O rayona nə vaxt gəlsə xüsusi coşqu ilə qarşılanacaq.
Aytəkin Alxaslı, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































