Futbolsevərlərin diqqəti Barselonaya yönəlir - El-Klasiko olacaq  

Futbolsevərlərin diqqəti Barselonaya yönəlir - El-Klasiko olacaq  

Hazırda oxunan: Futbolsevərlərin diqqəti Barselonaya yönəlir - El-Klasiko olacaq  
42964
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün İspaniya La Liqasında "Real Madrid" və "Barselona" arasında növbəti El-Klasiko keçiriləcək.

Bizim.Media xəbər verir ki, "Kamp Nou"dakı X tur matçı Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.

"Kral klubu" 8 oyundan sonra 17 xalla üçüncü, Kataloniya təmsilçisi isə 15 xalla səkkizinci pillədə qərarlaşıb.

Hər iki komanda çempionatda bir oyun az keçirib. Görüşü FIFA referisi Xose Mariya Sançes Martines idarə edəcək.

İndiyədək bütün rəsmi turnirlərdə baş tutan 246 "El Klasiko"nun 98-də qonaqlar, 96-da isə Kataloniya klubu qələbə qazanıb. 52 görüşdə isə qalib müəyyənləşməyib.

La Liqa qarşılaşmalarında da "Real Madrid"in rəqibinə qarşı üstünlüyü var – 75:72. Tərəflər 35 oyunda meydanı bir xalla tərk ediblər.

"El Klasiko"larda ən çox oyun keçirən futbolçular hər iki komandanın sabiq kapitanları - Lionel Messi və Serxio Ramosdur.

Fransanın PSJ klubunda çıxış edən oyunçular 45 dəfə meydanda olublar. Kataloniya təmsilçisindən Paris klubuna keçən Messi 26 qolla əzəli və əbədi rəqabətdə ən çox fərqlənən futbolçudur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO