Kamilo Duran: “Şükür ki, qol vura bildim”

Kamilo Duran: “Şükür ki, qol vura bildim”

Hazırda oxunan: Kamilo Duran: “Şükür ki, qol vura bildim”
271610
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Qarabağ" "Benfika" ilə matçda sona qədər təslim olmayıb.

Bizim.Media xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Kamilo Duran "Sport" TV-yə açıqlamasında deyib.

O, Çempionlar Liqasının əsas mərhələsində qazandıqları möhtəşəm qələbəyə görə sevincli olduqlarını dilə gətirib:
 

"Bu qələbə bizi çox sevindirir. Şükürlər olsun ki, qol vura bildim. Asan olmayacağını bilirdik, amma çox çalışdıq və üç xalı qazandıq. Qarşılaşmaya diqqətsiz başladıq və hesabda 0:2 geriyə düşdük. Amma sona qədər təslim olmadıq. Oyun ərzində irəliyə doğru oynamağa çalışdıq və istəyimizə çatdıq".


"Benfika" - "Qarabağ" görüşü Ağdam təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Kamilo Duran "köhlən atlar"ın ikinci qolunu vurub. (sportinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO