AFFA-nın Santuşa ödədiyi kompensasiyanın məbləği BƏLLİ OLDU – ÖZƏL

AFFA-nın Santuşa ödədiyi kompensasiyanın məbləği BƏLLİ OLDU – ÖZƏL

Hazırda oxunan: AFFA-nın Santuşa ödədiyi kompensasiyanın məbləği BƏLLİ OLDU – ÖZƏL
270040
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl AFFA milli komandanın baş məşqçisi Fernandu Santuşu istefaya göndərib. 

Belə olan halda təbii ki, müqavilə federasiya tərəfindən pozulduğu üçün qurumun portuqaliyalı mütəxəssisə kompensasiya ödəməsi labüd idi. 

Bəs görəsən AFFA Fernandu Santuşa nə qədər pul ödəyib? 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Santuş AFFA-dan 2 milyon avro vəsait tələb edib.
 

Bu pulu ödəmək istəməyən federasiya rəsmiləri danışıqlardan sonra məbləği aşağı salmağı bacarıblar. Yekunda portuqaliyalı mütəxəssislə 1 milyon 400 min avro qarşılığında anlaşma əldə olunub.  


Məhz bundan sonra Santuş yığmadan ayrılmağa qərar verib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO