TƏSDİQLƏNDİ: "Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək

TƏSDİQLƏNDİ: "Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək

Hazırda oxunan: TƏSDİQLƏNDİ: "Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
267919
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsində ev oyunlarını hansı stadionda keçirəcəyi dəqiqləşib.

Bizim.Media UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi rəqiblərini Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək.
 

Artıq Avropa futbol qurumunun saytında Azərbaycan çempionunun ev matçlarının yeri mərkəzi arena olaraq göstərilib.


Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev də AZƏRTAC-a açıqlamasında məlumatı təsdiqləyib.

Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsində 8 oyuna çıxacaq. Matçların 4-ü evdə, 4-ü səfərdə olacaq. Ağdam təmsilçisi əsas mərhələyə sentyabrın 16-da Portuqaliyada "Benfika"ya qarşı görüşlə start verəcək. İlk ev qarşılaşması isə oktyabrın 1-də Bakıda Danimarkanın "Kopenhagen" komandasına qarşı olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO