Federasiya prezidenti qadın futbolçulara qarşı zorakılıqda günahlandırılır

Federasiya prezidenti qadın futbolçulara qarşı zorakılıqda günahlandırılır

Hazırda oxunan: Federasiya prezidenti qadın futbolçulara qarşı zorakılıqda günahlandırılır

250570
Əfqanıstan Futbol Federasiyasının prezidenti Keramuddin Kərim və başqa 5 məmur qadınlardan ibarət milli komandanın üzvlərinə qarşı seksual zorakılıqda şübhəli bilinir. Həmin funksionerlər artıq vəzifəsindən uzaqlaşdırılıb.xa0

Bildirilir ki, məmurlar futbolçulara qarşı etdikləri hərəkətlərinin aşkara çıxmaması üçün onlara həm fiziki təzyiq göstərib, həm də pul veriblər. Lakin federasiyanın qadın futbolçulara nəzarət departamentinin rəhbəri Xalida Popalxa0 ölkəni tərk edib.

O, açıqlama verərək bunları deyib: “Məmurlar komandaya məşqçi adı ilə iki kişi göndərmişdilər. Həmin məşqçilər də qızlara söz atırdı və təzyiq göstərirdi. Bilirdilər ki, məmur olduqlarına görə qadın futbolçular susacaq. Mən onlara etiraz etdim və bildirdim ki, sizdən şikayət edəcəm”.xa0

Əfqanıstan Futbol Federasiyası isə Popalın ittihamlarını rədd edib. Amma Əfqanıstan hökuməti araşdırmalara başlayıb. FİFA da bu məsələdə hökumətə dəstək olacağını bildirib. (Qafqazinfo)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO