
- A-
- A
- A+
İdman
00:45 / 22.04.2025
1 dəq oxunma
“Liverpul” ingiltərəli futbolçu üçün 80 milyon təklif etdi
Hazırda oxunan: “Liverpul” ingiltərəli futbolçu üçün 80 milyon təklif etdi
245391
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
"Marsel"in futbolçusu Meyson Qrinvun İngiltərə Premyer Liqasına qayıda bilər.
Bizim.Media xəbər verir ki, "Liverpul" ingiltərəli vingeri transfer etmək istəyir. Bu barədə yerli mətbuat məlumat yayıb. "Liverpul" Qrinvud üçün Fransa klubu ilə danışıqlara başlayacaq.
Mersisayd təmsilçisi 23 yaşlı ön xətt oyunçusu üçün 80 milyon avro təklif edəcək.
Qeyd edək ki, "Marsel" Meyson Qrinvudu mövsümün əvvəlində "Mançester Yunayted"dən transfer edib. İngiltərə millisinin sabiq üzvü Liqa 1 klubunun heyətində meydana çıxdığı 32 rəsmi matçda 19 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
































































































