
- A-
- A
- A+
İdman
07:30 / 01.09.2024
1 dəq oxunma
"Trabzonspor" Abdullah Avcı ilə yolları AYIRDI
Hazırda oxunan: "Trabzonspor" Abdullah Avcı ilə yolları AYIRDI
209308
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Türkiyənin "Trabzonspor" klubu baş məşqçisi Abdullah Avcı ilə yolları ayırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Türkiyəli mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma ilə xitam verildiyi bildirilib.
Qeyd edək ki, Avcı 2020-ci ilin noyabrından 2023-cü ilin mart ayınadək "Trabzonspor"a baş məşqçilik edib. O, daha sonra 2023-cü ilin oktyabrında komandaya gətirilmişdi. "Qara dənizlilər" onun rəhbərliyi altında 1 dəfə ölkə çempionu olub, 2 dəfə Türkiyə Superkubokunu qazanıb.
"Trabzonspor" bu mövsüm Superliqada cəmi 1 oyun keçirib və 1 xalla turnir cədvəlində 16-cı pillədə qərarlaşıb.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.



























































































