Cüdoçumuz Əbu-Dabidə gümüş medal qazandı

Cüdoçumuz Əbu-Dabidə gümüş medal qazandı

Hazırda oxunan: Cüdoçumuz Əbu-Dabidə gümüş medal qazandı

196640
Bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu- Dabi şəhərində cüdo üzrə “Böyük Dəbilqə”x9d beynəlxalq turniri start götürüb.

Moderator.az Cüdo Federasiyasına istinadən xəbər verir ki, Azərbaycan milli komandası yarışın ilk günündə aktivinə bir medal yazdırıb.

66 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Nicat Şıxəlizadə finala qədər Çin, Moldova, Gürcüstan və Rusiya idmançılarına qalib gəlib. Həlledici görüşdə isə Şıxəlizadə israilli Tal Flikerə məğlub olaraq gümüş medala sahib olub.

Qeyd edək ki, 47 ölkədən 277 idmançının (172 kişi, 105 qadın) mübarizə apardığı mötəbər birincilikdə Azərbaycan milli komandası 11 cüdoçu (8 kişi, 3 qadın) ilə təmsil olunur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO