Avropa Liqasında yarımfinal mərhələsinə start verildi - NƏTİCƏLƏR

Hazırda oxunan: Avropa Liqasında yarımfinal mərhələsinə start verildi - NƏTİCƏLƏR

19574

Aprelin 29-da futbol üzrə UEFA Avropa Liqasında yarımfinal mərhələsinə start verilib.

Bizim.Media xəbər verir ki, İngiltərə klublarından "Mançester Yunayted" evdə İtaliyanın "Roma" klubu ilə, "Arsenal" isə İspaniyada "Vilyarreal"la qarşılaşıb.

Mançeterdəki görüş meydan sahiblərinin 6:2 hesablı qələbəsi ilə başa çatıb. Matçda ilk qolu 9-cu dəqiqədə "qırmızı şeytanlar"ın yarımmüdafiəçisi Brunu Fernandeş vurub.

Altı dəqiqə sonra qonaqlar Lorentso Pelleqrininin penaltidən vurduğu qolla tarazlığı bərpa ediblər. Matçın 34-cü dəqiqəsində Edin Dzeko "canavarlar"ı hesabda önə çıxarıb. İlk hissə bu hesabla başa çatıb. Oyunun 48-ci və 64-cü dəqiqələrində meydana çıxan "Mançester Yunayted"in hücumçusu Edinson Kavani hesabı komandasının xeyrinə dəyişib.

Oyunun 71-ci dəqiqəsində Fernandeş dublunu rəsmilədirib. Cəmi 4 dəqiqə sonra Pol Poqba 5-ci topu rəqibin qapısından keçirib. Qarşılaşmanın 86-cı dəqiqəsində fərqlənən Meyson Qrinvud isə oyunda son nöqtəni qoyub.

"Arsenal" isə İspaniyada "Vilyarreal"a 1:2 hesabı ilə uduzub. Meydan sahibləri 5-ci dəqiqədə Manu Trigerosun, 29-cu dəqiqədə isə Raul Albiolun qolları ilə ilk hissəni üstün tamamlayıblar.

İkinci yarı qonaqlar üçün yaxşı başlamayıb. Oyunun 57-ci dəqiqəsində Dani Sebalyos qırmızı vərəqə görərək meydandan qovulub. Buna baxmayaraq, "topçular" fərqi azaltmağa nail olublar.

Matçın 73-cü dəqiqəsində Nikolya Pepenin vurduğu qol matçda yekun hesabı müəyyənləşdirib.

Səkkiz dəqiqə sonra isə "Vilyarreal" azlıqda qalıb. Etyen Kapu ikinci sarı vərəqə ilə meydanı tərk edib.

Qeyd edək ki, yarımfinalın cavab oyunları mayın 6-da olacaq. Turnirin həlledici görüşü mayın 26-da Polşanın Qdansk şəhərindəki eyniadlı stadionda keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO