“Neftçi” millimizin üzvünü transfer etmək İSTƏYİR

Hazırda oxunan: “Neftçi” millimizin üzvünü transfer etmək İSTƏYİR

184433

“Neftçi”nin yeni transfer hədəfi məlum olub. 

Bizim.Media xəbər verir ki, paytaxt təmsilçisi millimizin üzvü Emil Mustafayevi heyətə qatmaq istəyir.  

“Ağ-qaralar” Ukraynada "Polessye"nin formasını geyinən yarımmüdafiəçi ilə ilkin danışıqlara başlayıb. Bakılılar ötən mövsümə kimi bu ölkədə "Aleksandriya"nın şərəfini qorumuş 22 yaşlı orta sahə oyunçusuna 3 illik müqavilə təklif edib. 

Qeyd edək ki, Mustafayev Azərbaycanın U-21 yığmasında 3 matç keçirib. O, son olaraq əsas milliyə də cəlb olunub. Emil Bakıda keçirilən “FIFA series – Edition 2024” turnirində Monqolustan və Bolqarıstanla qarşılaşmalarda meydana çıxıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO