1/8 finala yüksələn “Qarabağ” UEFA-dan neçə milyon QAZANDI?

1/8 finala yüksələn “Qarabağ” UEFA-dan neçə milyon QAZANDI?

Hazırda oxunan: 1/8 finala yüksələn “Qarabağ” UEFA-dan neçə milyon QAZANDI?

179481

“Qarabağ” tarix yazmaqda davam edir. Ötən gecə Ağdam təmsilçiləri Tofiq Bəhrəmov adına Respublika stadionunda Portuqaliyanın “Braqa” komandasına minimum hesabla məğlub olsa da, iki oyunun nəticəsinə görə 1/8 finala yüksəldilər. Beləcə, komandamız həm tarixi uğura imza atdı, həm də büdcəsinə kifayət qədər vəsait gətirdi.

Bizim.Media-nın araşdırmalarına görə Avropa Liqasının pley-off mərhələsini uğurla keçən “Qarabağ” 1,2 milyon avro(2 milyon 700 min manat) qazanıb.

Azərbaycan çempionu buna qədər 9 milyon 582 min (17 milyon 848 min manat) avroluq gəlir əldə edib.

Komanda son olaraq qrupun son turunda “Hakken”i məğlub edərək 1 milyon avrodan çox qazanc götürmüşdü.

Nəzərə alaq ki, Avropa Liqasında hər qələbəyə görə komandamız 630 min, qrupda ikinci yeri tutmağa görə 550 min, pley-offa vəsiqəyə görə isə 500 min avro gəlir əldə edib. Həmçinin qruplardakı heç-heçələrə görə əlavə mükafatlar da komandalar arasında bölüşdürülüb. 
“Qarabağ” bundan 126 min avro qazanıb.

Ümumiıikdə isə “Qarabağ” bu mövsüm 10 milyon 782 min avro qazanıb.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO