Agenti Kadiyə görə təklif aldıqlarını TƏSDİQLƏDİ 

Hazırda oxunan: Agenti Kadiyə görə təklif aldıqlarını TƏSDİQLƏDİ 

164976

“Qarabağ”ın sabiq futbolçusu Kadi Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı klublarından təklif alıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.  

Bildirilib ki, bu ilin yanvarında “Qarabağ”dan “Krasnodar”a transfer olunan braziliyalı futbolçunun agenti Xelsio Alisk yayılan məlumatlarla bağlı açıqlama verib. O, təklif aldıqlarını təsdiqləyib.   

“Kadiyə həqiqətən də təkliflər var idi. Amma “Krasnodar” transferə razılıq vermədi” - deyə Xelsio Alisk “RB Sport”a bildirib. 

Söhbətin hansı klublardan getdiyi açıqlanmayıb. 

Qeyd edək ki, Kadi bu mövsüm “Krasnodar”la bütün turnirlərdə 20 oyun keçirib, 4 qol vurub və 1 qolun ötürməsini edib. Onun Rusiya klubu ilə müqaviləsi 2026-cı ilin iyunun 30-da başa çatır. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO