Gəncə azarkeşləri “Kəpəz” rəhbərliyini istefaya səslədi - VİDEO

Hazırda oxunan: Gəncə azarkeşləri “Kəpəz” rəhbərliyini istefaya səslədi - VİDEO

157872

"Kəpəz" Premyer Liqanın 8-ci turunda evdə "Qəbələ"yə 0:1 hesabı ilə məğlub olub. 

Bizim.Media xəbər verir ki, yerli azarkeşlər komandanın evdəki məğlubiyyəti ilə barışa bilməyib. Belə ki, onlar həm baş məşqçi Azəri Məmmədovu, həm də klubun rəhbərliyində yer alan İlqar Nadirini istefaya səsləyib.

Belə ki, "Kəpəz"in azarkeşləri matçın başa çatmasına baxmayaraq, tribunaları tərk etməyib.

Onlar komandanın uğursuz nəticələrinə görə, baş məşqçi və rəhbərliyə narazılıqlarını çatdırıblar.
 

Rəşad Rafiqoğlu, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO