"Manchester United" yarımfinala çıxa bilmədi - NƏTİCƏLƏR

Hazırda oxunan: "Manchester United" yarımfinala çıxa bilmədi - NƏTİCƏLƏR

15497

Futbol üzrə İngiltərə Kubokunda 1/4 final mərhələsinin son iki oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, Çelsi doğma meydanda Şeffild Yunaytedi 2 cavabsız qolla məğlub edib.

Qolları 24-cü dəqiqədə Oliver Norvud öz qapısına, 90+2-ci dəqiqədə isə Hakim Ziyeş vurublar.

 

MÖVZU İLƏ BAĞLI:

Məşhur futbolçu Raşford irqi istismara məruz qaldı


Digər qarşılaşmada Lester Siti evdə Mançester Yunaytedi 3:1 hesabı ilə məğlub edib. 24-cü dəqiqədə Keleçi İhenaço meydan sahiblərini hesabda önə çıxarsa da, 14 dəqiqə sonra Meyson Qrinvud tarazlığı bərpa edib.

52-ci dəqiqədə Yuri Tilemans "qırmızı şeytanlar"ı 2-ci dəfə məyus edib. Görüşdə son nöqtəni isə 78-ci dəqiqədə İhenaço qoyub.

Beləliklə, qələbə sayəsində Çelsi və Lester Siti komandaları yarımfinala vəsiqə qazanıblar. Londonlular bu raundda Mançester Siti ilə, Lester təmsilçisi isə "Sautgempton"la qarşılaşacaq.

Qeyd edək ki, yarımfinal oyunları aprelin 17-də baş tutacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO