İki güləşçimiz dünya çempionatının finalına yüksəlib

İki güləşçimiz dünya çempionatının finalına yüksəlib

Hazırda oxunan: İki güləşçimiz dünya çempionatının finalına yüksəlib

152587
Makedoniyanın paytaxtı Skopye şəhərində Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) təşkilatçılığı ilə keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatı davam edir. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, Yunan-Roma güləş növü üzrə turnirin ikinci günündə üç təmsilçimiz - Rafiq Hüseynov (80 kq), İslam Abbasov (85 kq) və Orxan Ələkbərov (98 kq) mübarizə aparıb.

O.Ələkbərov rəqibinə cüzi xal fərqi ilə məğlub olaraq çempionatda iştirakını dayandırıb. İ. Abbasov isə rəqiblərinə qalib gələrək finala yüksəlib. Birinci yer uğrunda mübarizədə İ.Abbasovun rəqibi Rusiya nümayəndəsi Yevgeni Saleyev olacaq.

Digər güləşçimiz R. Hüseynov da finala vəsiqə uğrunda ardıcıl olaraq yunanıstanlı, makedoniyalı və ukraynalı rəqiblərini məğlub edib. Qızıl medal uğrunda mübarizədə o, almaniyalı güləşçi Paskal Eisel ilə qarşılaşacaq.

Qeyd edək ki, final görüşləri axşam saatlarında keçiriləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO