“Araz Naxçıvan” bosniyalı futbolçu ilə müqavilə bağladı

“Araz Naxçıvan” bosniyalı futbolçu ilə müqavilə bağladı

Hazırda oxunan: “Araz Naxçıvan” bosniyalı futbolçu ilə müqavilə bağladı
147427
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” növbəti oyunçu keçidini həll edib.

Bizim.Media xəbər verir ki, bu gün bosniya və herseqovinalı sol cinah yarımmüdafiəçisi Miço Kuzmanoviçlə müqavilə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

1.78 sm boya malik 27 yaşlı yarımmüdafiəçi karyerası ərzində vətənində “Modriça Maxima”, “Zvijezda”, “Banja Luka”, “Drina Zvornik”, “Mladost Kakanj”, “Sarayevo” klublarının formasını geyinib.

O, legioner kimi müxtəlif illərdə Serbiyanın “Yaqodina”, Belçikanın “Mouscron”, Sloveniyanın “Rudar Velenje” və “Celje” klublarının heyətində çıxış edib.  

Ötən mövsümü “Tuzla Sity”də keçirən Kuzmanoviç 2023-2024-cü il mövsümünü “Araz-Naxçıvan”da keçirəcək. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO