“Azərreyl” finalın ikinci oyununda da qalib gəldi - FOTO

“Azərreyl” finalın ikinci oyununda da qalib gəldi - FOTO

Hazırda oxunan: “Azərreyl” finalın ikinci oyununda da qalib gəldi - FOTO
130835
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qadın voleybolçular arasında ölkə birinciliyində final mərhələsinin növbəti oyunları baş tutub.  

Bizim.Media xəbər verir ki, bu gün Voleybol Mərkəzində əvvəlcə “Abşeron” və “Azərreyl” üz-üzə gəliblər.  

Çempionluq üçün yarışan bu komandaların birinci matçında qələbə qazanan “Azərreyl” bu oyuna da yaxşı başlayıb və ilk seti 25:19 hesabı ilə öz xeyrinə yekunlaşdırıb.

Üstünlüyünü sonadək davam etdirən Eldar Yusubovun komandası növbəti hissələrdə 25:20 və 25:22 hesabları ilə qalib gələrək qızıl medala bir qədər də yaxınlaşıb. 

Növbəti oyun bürünc medal uğrunda mübarizə aparan UNEC və “Murov” arasında olub. Görüş cütün ilk matçında qələbə qazanmış “Murov”un üstünlüyü ilə keçib. 3 set davam edən matçda Vüqar Əliyevin yetirmələri rəqibi quru hesabla 3:0 (25:11, 25:14, 25:9) məğlub ediblər. Beləliklə, “Murov” üçüncülük yolunda ümumi hesabı 2:0 edib. 
Yüksək Liqa (qadınlar) 

14 aprel 

Final 

“Abşeron” - “Azərreyl” 0:3 (19:25, 20:25, 22:25) 

Bürünc medal uğrunda 

UNEC - “Murov” 0: 3 (11:25, 14:25, 9:25) 

“Azərreyl” finalın ikinci oyununda da qalib gəldi - FOTO - foto 1

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO