“Qarabağ” növbəti qələbəsini qazandı - VİDEO

“Qarabağ” növbəti qələbəsini qazandı - VİDEO

Hazırda oxunan: “Qarabağ” növbəti qələbəsini qazandı - VİDEO
129805
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Premyer Liqasında XXIX tura yekun vurulub.

Bizim.Media xəbər verir ki, qapanış matçında “Qarabağ” növbəti qələbəsini qazanıb.

Ağdam təmsilçisi bu dəfə doğma meydanında “Kəpəz”i 3:1 hesabı ilə məğlubiyyətə uğradıb. Oyunda hesabı 5-ci dəqiqədə Abdullah Zubir açıb. Gəncəlilər fasiləyə qədər status-kvonu bərpa etməyi bacarıblar. 29-cu dəqiqdə Yeqor Xvalko fərqlənib.
Ancaq “Kəpəz”in bundan artığına gücü çatmayıb. Əvvəlcə 58-ci dəqiqədə Riçard Almeyda penaltini dəqiq yerinə yetirib. 9 dəqiqə sonra Leandro Andrade toru silkələyərək, matçda son nöqtəni qoyub.

Premyer Liqanın məğlubedilməz komandası “Qarabağ” bu qalibiyyət sayəsində xallarının sayını 77-yə çatdırıb və liderliyini bir qədər də möhkəmlədib. “Kəpəz” isə 25 xalla yeddinci pillədə qalıb.

Turun digər oyunlarında “Qəbələ” “Zirə”ni, “Səbail” “Sabah”ı evdə 2:1, “Neftçi” “Sumqayıt”ı səfərdə 4:0 hesabı ilə məğlub edib, “Turan Tovuz”la “Şamaxı” birincilərin meydanında 1:1 hesablı bərabərə qalıblar.

Qeyd edək ki, Premyer Liqada XXX turun matçları aprelin 14-16-sı aralığında keçiriləcək.

 


 
 
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO