Azərbaycanda otüstü hokkeyi kimlər məhv etdi? - VİDEO

Hazırda oxunan: Azərbaycanda otüstü hokkeyi kimlər məhv etdi? - VİDEO

125799

Otüstü Hokkey Azərbaycanda ənəənəsi olan idman növlərindən biridir. Hələ ötən əsrin 70-ci illərində Bakıda bu idman növü üzrə peşəkar komandalar fəaliyyət göstərirdi. Paytaxtın “Burevestnik” klubu 1979-cu ildə SSRİ çempionatının bürünc medallarını qazanmağa da nail olmuşdu.

Müstəqillik illərində də ölkəmizdə otüstü hokkeyə münasibət pis deyildi.

Bizim.Media-nın araşdırmasına əsasən məlum olub ki, 2005-ci ildə kişilərdən ibarət milli komandamız Avropa çempionatının 4-cü divizionunun gümüş medalını qazanıb.

2011-ci ildə isə eyni komanda 3-cü diviziona vəsiqə əldə etdi. Həmin dövrlərdə qadın otüstü hokkeyçilərimiz daha yaxşı təsir bağışlayırdılar.

Hər şey sanki normal gedirdi və güman etmək olardı ki, normal strategiya və yanaşma ilə ölkəmiz bu idman növündə daha ciddi uğurlar qazanacaq. Ancaq Azərbaycan Otüstü Hokkey Federasiyasının rəhbərliyi başqa yolu seçdi.
Nə olur olsun, nəticə olsun, prinsipi ilə hərəkətə keçən sonda bu idman növünü məhvə gətirən addımlar atdı. Bax beləcə hərtərəfli biganəlik ölkəmizdə bir vaxtlar populyar olan bir idman növünün məhv olmasına gətirib çıxartdı.

İndi artıq Azərbaycanda nə bu idman növünü öyrədən bölmə, nə də onunla məşğul olan var. Vaxtilə inşa olunan möhtəşəm stadion və baza isə baxımsız qalıb.

Bununla bağlı hazırladığımız videomaterialı təqdim edirik:
 


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO