Həmkəndlisini öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi

Həmkəndlisini öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi

Hazırda oxunan: Həmkəndlisini öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi

190649

Cari il yanvarın 18-də Şəmkir rayonunun Dəllər-Cəyir kəndi ərazisində 1973-cü il təvəllüdlü Elsevər Əkbərliyə xəsarətlər yetirilməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Şəmkir rayon prokurorluğu yayıb.

İstintaqla 2007-ci il təvəllüdlü Umud Cəfərovun qeyd edilən kənd ərazisində təşkil olunmuş kiçik toy məclisində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Elsevər Əkbərliyə sonuncunun qardaşının gözü qarşısında bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.  

Umud Cəfərova Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) və 221.3-cü (silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq etmə) maddələri ilə ittiham elan edilib, müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokurorunun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO