Qurban Qurbanov: “Mənə bilet üçün müraciət etsələr, “yox” deyəcəyəm”

Qurban Qurbanov: “Mənə bilet üçün müraciət etsələr, “yox” deyəcəyəm”

Hazırda oxunan: Qurban Qurbanov: “Mənə bilet üçün müraciət etsələr, “yox” deyəcəyəm”
125732
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Yox, mənə hələ ki bilet üçün müraciət edən olmayıb”. 

Bizim.Media xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qalasaray”a qarşı keçiriləcək xeyriyyə oyunu barədə danışarkən deyib. 

O, heç bir şəxsə dostluq görüşü üçün bilet hədiyyə etməyəcəyini bildirib:

“Bu vaxta qədər bəzi dostlara, tanışlara bilet verirdim. Amma özləri də bilir ki, bu oyun üçün müraciət etsələr belə, yox deyəcəyəm. Çünki bu matçın keçirilməsinin məqsədi hamıya bəllidir. Hamımız bacardığımız qədər yardım kampaniyasının iştirakçısı olmalıyıq. Oradakı insanların həqiqətən də yardıma çox böyük ehtiyacları var. Türkiyə bizim üçün qardaş ölkədir. Ora gedərkən özümüzü həmişə evimizdəki kimi hiss edirik”. 
Qeyd edək ki, martın 26-da keçiriləcək "Qarabağ" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO