“Mançester Yunayted” İngiltərə Liqa Kubokunun qalibi oldu - VİDEO

“Mançester Yunayted” İngiltərə Liqa Kubokunun qalibi oldu - VİDEO

Hazırda oxunan: “Mançester Yunayted” İngiltərə Liqa Kubokunun qalibi oldu - VİDEO
122706
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Mançester Yunayted” futbol klubu İngiltərə Liqa Kubokunun qalibi olub.

Bizim.Media xəbəri verir ki, “Uembli” stadionunda baş tutan turnirin final matçında “qırmızı şeytanlar” “Nyukasl”ı 2:0 hesabı ilə məğlub edib.

Qaliblərin heyətində Kazemiro (33-cü dəqiqədə) və Markus Reşford (39) fərqlənib.

Qeyd edək ki, daha öncə 1992, 2006, 2009, 2010 və 2017-ci illərdə turnirin qalibi olan “Mançester Yunayted” altıncı dəfə kuboku qazanıb. Bu göstəricidə lider “Liverpul”dur (9 qələbə), ikinci isə “Mançester Siti”dir (8). İngiltərə Liqa Kuboku 1960-cı ildən keçirilir.
Növbəti oyununu “Mançester Yunayted” İngiltərə Kubokunun beşinci turu çərçivəsində martın 1-də evdə “Vest Hem”lə keçirəcək, martın 5-də Erik ten Haqın yetirmələri Premyer Liqada səfərdə əzəli rəqibi “Liverpul”la üz-üzə gələcək. “Nyukasl” Premyer Liqada növbəti oyununu martın 4-də səfərdə “Mançester Siti” ilə keçirəcək.
 

 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO