DÇ-2022: Messi Argentina yığmasına qələbə qazandırdı - FOTO/VİDEO

DÇ-2022: Messi Argentina yığmasına qələbə qazandırdı - FOTO/VİDEO

Hazırda oxunan: DÇ-2022: Messi Argentina yığmasına qələbə qazandırdı - FOTO/VİDEO
106536
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında günün son qarşılaşması keçirilib.

Bizim.Media  xəbər verir ki, günün son oyununda Argentina və Meksika yığmaları üz-üzə gəliblər. Görüş Argentinanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun qollarını 64-cü dəqiqədə Lionel Messi və 87-ci dəqiqədə Enso Fernandes vurublar. Sonuncu topun ötürməsini də PSJ-nin hücumçusu edib. 

Beləliklə, Messinin sayəsində argentinalılar əzmkar qələbə qazanıb.

İkinci turdan sonra C qrupunda Polşa 4 xalla birinci yerdə qərarlaşıb. Argentina və Səudiyyə Ərəbistanı hərəyə 3 xalla ikinci və üçüncü yerləri bölüşürlər. Meksika isə 1 xalla 4-cü yerdədir.

Qeyd edək ki, günün ilk oyununda - D qrupunda Avstraliya yığması Tunis komandasını 1:0 hesabı ilə məğlub edib. Günün digər matçında - C qrupunda Səudiyyə Ərəbistanı Polşa millisinə 0:2 hesabı ilə məğlub olub. Fransa yığması isə Danimarkaya 2:1 hesabı ilə qalib gəlib.

Bizim.Media 
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO