“Neftçi”x9d icraçı direktoru BANM-in futbol həvəskarları ilə görüşüb

“Neftçi”x9d icraçı direktoru BANM-in futbol həvəskarları ilə görüşüb

Hazırda oxunan: “Neftçi”x9d icraçı direktoru BANM-in futbol həvəskarları ilə görüşüb
103338
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Bakı Ali Neft Məktəbində (BANM) “Neftçi”x9d Peşəkar Futbol Klubunun (“Neftçi”x9d PFK) İcraçı direktoru Elnur Məmmədovun Ali Məktəbin futbol həvəskarı olan tələbələri ilə görüşü keçirilib.

Tədbiri  giriş sözü ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonağı salamlayaraq, dəvəti qəbul etdiyi üçün ona tələbələrin adından təşəkkürünü bildirib. Elmar Qasımov futbolun müasir dövrdə dünya ictimaiyyətinin diqqət mərkəzində olan və insanların asudə vaxtının əsas hissəsini təşkil edən ən populyar idman növü olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və SOCAR rəhbərliyi tərəfindən idmana, xüsusilə də futbola göstərilən qayğı nəticəsində son illərdə “Neftçi”x9d PFK-nın  fəaliyyətində böyük dönüşün  göz qabağında olduğunu vurğulayıb. E. Qasımov həmçinin, hal-hazırda “Neftçi”x9d PFK-da yerli kadrlara üstünlük verilməsini yüksək qiymətləndirib. Rektor öz çıxışında uğurlu futbol oyununda azarkeş fan-klubunun böyük önəmi olduğunu vurğulayaraq, gələcəkdə BANM-in fəal Neftçi azarkeşlərinin “Neftçi”x9d fan-klubuna üzv olmalarına müsbət fikir  bildirib. O, BANM-in yeni kampusunda tikilən böyük idman stadionunun nəinki Ali Məktəbin futbol komandaları üçün, həmçinin Respublika futbol oyunlarının keçirilməsi üçün əlverişli olduğunu deyib. E.Qasımov Ali Məktəbin tək təhsil ocağı deyil, həm də gənclərin idman bacarıqlarının nümayişi üçün bir platforma olmasının  vacibliyini vurğulayıb.

“Neftçi”x9d PFK-nın İcraçı direktoru Elnur Məmmədov öz növbəsində ölkənin ən qabaqcıl ali təhsil ocağında qonaq olmaqdan və ölkənin intellektual gəncliyi ilə görüşməkdən məmnunluğunu ifadə edib. O, Ali Məktəbin gənc futbol həvəskarlarına “Neftçi”x9d PFK-nın fəaliyyət istiqamətləri, hədəfləri,  fan-klubu və dövlət tərəfindən futbola göstərilən qayğıdan söz açıb. E.Məmmədov “Neftçi”x9d-nin qələbələrində böyük azarkeş dəstəyinin önəmli rol oynadığını qeyd edərək, bu kluba azarkeşlik edən tələbələri “Neftçi”x9d fan-klubuna üzv olaraq futbol oyunlarına dəstək olmağa çağırıb.

Sonra futbol həvəskarları olan tələbələr öz təklif, sual və istəkləri ilə çıxış ediblər. Tələbələrin sualları “Neftçi”x9d PFK-nın İcraçı direktoru tərəfindən cavablandırılaraq, onların təklifləri qeydə alınıb.
Sonda Ali Məktəbə və tələbələrə “Neftçi”x9d klubunun simvolik hədiyyələri təqdim olunub.

“Neftçi”x9d icraçı direktoru BANM-in futbol həvəskarları ilə görüşüb
 
“Neftçi”x9d icraçı direktoru BANM-in futbol həvəskarları ilə görüşüb
 
“Neftçi”x9d icraçı direktoru BANM-in futbol həvəskarları ilə görüşüb
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO