Moderator.az Newsru.co.il - ə istinadən xəbər verir ki, bazar günü, 20 sentyabrda Aralıq dənizində türk sahilləri və yunan adası İstankey arasında qanunsuz mühacirlərin olduğu bərə batıb.xa0
Türkiyənin sahil mühafizəsi xidməti xa0xəbər verir ki, səhər saat altı radələrində göyərtəsində yüzlərlə qanunsuz mühacir olan bərə kommersiya reysi həyata keçirən gəmi ilə toqquşub.
Xialasetmə işlərinə Türkiyənin sahil mühafizəsi xidmətinin beş kateri cəlb edilib.xa0
İlkin məlumatlara görə, uşaqlar da daxil olmaqla ən azı 13 insan həyatını itirib. Sağ qalanlar Türkiyə ərazisinə çıxarılıb və burada onların gələcək taleləri barədə qərar veriləcəyi bildirilir.xa0
BBC telekanalı isə Yunanstanın sahil mühafizəsi xidmətinə istinadən başqa bir insident barədə xəbər yayıb.xa0
Xəbərdə deyilir ki, Lesbos adası yaxınlığında başqa bir bərə batıb ki, bunun da nəticəsində 26 qanunsuz mühacir xəbərsiz itkin düşmüş hesab xa0edilir.




































































































