Cəlilabadda ötən gün axşam saatlarında yanğın hadisəsi qeydə alınıb.xa0
Moderator.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, rayonun Qarakazımlı, Zərbəli, Moranlı kəndləri ərazisində bələdiyyəyə məxsus 1000 ha biçilmiş taxıl sahəsi və elektrik dirəkləri qismən yanıb.xa0
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.xa0



































































































