Göyçay rayonunun Yekəxana kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan tövlənin yanar konstruksiyaları və çardağına yığılmış 3 ton ot bağlaması yanıb.
xa0
Moderator.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı tövlədə olan 2 ton arpa, 1 baş iribuynuzlu, 4 baş xırdabuynuzlu heyvan yanaraq tələf olub.
xa0
Yaxınlıqdakı ev yanğından mühafizə olunub.
xa0
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


































































































