Bakı - Sumqayıt yolunda ağır qəza

Bakı - Sumqayıt yolunda ağır qəza

Hazırda oxunan: Bakı - Sumqayıt yolunda ağır qəza

75156
Ötən gecə Bakı Sumqayıt yolunun 14-cü kilometrliyində Abşeron rayounun Masazır qəsəbəsi ərazisində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Vüsal İmanov “Mercedes”x9d markalı minik avtomobili ilə Sumqayıtdan paytaxt istiqamətində hərəkətdə olarkən qəflətən idarəetməni itirib. Bu zaman eyni istiqamətdə hərəkətdə olan Camal Mehdiyevə məxsus eyni markalı avtomobillə toqquşub. Toqquşma güclü olduğundan Vüsal İmanovun maşını yol kənarındakı dəmir arakəsmələrə dəyərək tamamilə yararsız vəziyyətə düşüb. 

Avtomobildə olan sürücü və sərnişini Sərxan Bayramov ağır bədən xəsarətləri ilə Bakıdakı 1 saylı Kliniki tibbi mərkəzə çatdırılıb. Dərhal əməliyyat olunan yaralıların həyati təhlükələri aradan qaldırılıb. 

Faktla bağlı Baş Dövlət Yol Polisi idarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır. Qəzanın dəqiq səbəbi təyin olunmuş avtotexniki ekspertizanın rəyindən sonra bilinəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO