Mərdəkanda ağır yol qəzası: sürücü diri-diri yandı  -FOTOLAR

Mərdəkanda ağır yol qəzası: sürücü diri-diri yandı -FOTOLAR

Hazırda oxunan: Mərdəkanda ağır yol qəzası: sürücü diri-diri yandı -FOTOLAR

48612
Bakının Mərdəkan qəsəbəsində ölümlə nəticələnən qəza baş verib.
APA-nın məlumatına görə, hadisə Mərdəkan-Şaqan yolunda baş verib. Qəza zamanı “VAZ 2106” və “ZİL” markalı yük maşını toqquşub.
 Zərbənin təsirindən “ZİL”in yanacaq çənindən axan dizel yanacağı “VAZ 2106”ın üzərinə axıb. Nəticədə minik avtomobili yanıb.
 Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları çağırılıb. Olay yerinə gələn xilasedicilər “VAZ 2106” da yanan  27 yaşlı Abbasov Mirrəşid Mircəlal oğlunun meyitini aşkarlayıblar.
 Polis əməkdaşlarının hadisə yerində apardığı ilkin araşdırma nəticəsində məlum olub ki, “ZİL”i idarə edən, 28 yaşlı Famil Cəfərov köməkçi yoldan əsas yola çıxırmış. Bu zaman Mirrəşid Abbasov gözləmə nişanının tələbini pozaraq avtomobilini “ZİL”ə çırpıb.
 Faktla bağlı  Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO