"Nida"çıların məhkəməsi: yenə yollar bağlandı - FOTOLAR, VİDEO - YENİLƏNİB

Hazırda oxunan: "Nida"çıların məhkəməsi: yenə yollar bağlandı - FOTOLAR, VİDEO - YENİLƏNİB

44974
"Nida" vətəndaş hərəkatının həbs olunmuş üzvlərinin bu gün saat 10.30-a təyin olunmuş məhkəməsi artıq başlayıb.

Əməkdaşlarımızın Ağır Cinayətlərə dair Məhkəmənin önündən verdikləri xəbərə görə, aprelin 22-də olduğu kimi, yenə də məhkəmənin nü qələbəlikdir, müttəhimlərin çoxsaylı qohumları, dostları məhkəməni izləmək istəyirlər. Salona məhdud sayda adam buraxılıb. 

Xəbər verilir ki, polislər jurnalistlərin də məhkəmə prosesini müşahidə etməsinə əngəl törədiblər. 

Əməkdaşlarımızın verdiyi son xəbərə görə, məhkəmə təxirə salınıb və sabah saat 10.30-da davam etdiriləcək.

Xatırladaq ki, "Nida" təşkilatının üzvləri "Molotov kokteyli" vasitəsilə dövlət çevriliş etmək cəhdində günahlandırılırlar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO