İsrailin xarici işlər naziri Gideon Saar dünya çempionatının yarımfinalında Argentinaya məğlub olduqdan sonra İngiltərə yığmasının azarkeşlərini ələ salıb.
Bizim.Media xəbər verir ki, bu abrədə o, sosial şəbəkə hesablarında paylaşım edib.
"Mahnıda necə deyilir? "Futbol evinə qayıdır". Elədir ki var. O, evinə — Argentinaya qayıdır. İrəli, Argentina", - deyə Saar yazıb.
Qeyd edək ki, dünya çempionatının yarımfinal matçında Argentina İngiltərəni 2:1 hesabı ilə məğlub edib. Matçın 55-ci dəqiqəsində ingilislər hesabı açıblar - Entoni Qordon Rocersin ötürməsini qolla tamamlayıb. 85-ci dəqiqədə Entso Fernandes uzaq məsafədən güclü zərbə ilə hesabı bərabərləşdirib. Qələbə qolunu isə 90+2-ci dəqiqədə künc zərbəsindən sonra Lautaro Martines vurub.
İyulun 19-da Nyu-Yorkda keçiriləcək finalda Argentina daha əvvəl Fransanı 2:0 hesabı ilə üstələyən İspaniya ilə qarşılaşacaq. İngiltərə isə üçüncü yer uğrunda oyunda Fransa ilə mübarizə aparacaq.
Futbol üzrə dünya çempionatı iyunun 11-də ABŞ, Meksika və Kanadada start götürüb və iyulun 19-dək davam edəcək.
Bizim.Media







































































































