Ronaldo və Messinin şəfərinə qızıl örtüklü telefon: “Əfsanələr” kolleksiyası - VİDEO

Ronaldo və Messinin şəfərinə qızıl örtüklü telefon: “Əfsanələr” kolleksiyası - VİDEO

Hazırda oxunan: Ronaldo və Messinin şəfərinə qızıl örtüklü telefon: “Əfsanələr” kolleksiyası - VİDEO

625780

Rusiyada "Caviar" şirkəti Lionel Messi və Kriştianu Ronaldoya həsr olunmuş, qiyməti 679 min rubldan (15 min manatdan) başlayan, xüsusi dizayn edilmiş "Samsung Galaxy Z Fold 8" və "iPhone 17 Pro Max" smartfonlarının limitli kolleksiyasını təqdim edib.

Bizim.Media xəbər verir ki, bu barədə "Gazeta.ru"ya daxil olan press-relizdə bildirilir.

"Əfsanələr" (Legends) adlı yeni kolleksiya 2026-cı il futbol üzrə dünya çempionatının başa çatmasına təsadüf edir və müasir dövrün ən çox titul qazanmış iki futbolçusunun çoxillik rəqabətinə həsr olunub.

Şirkətdən qeyd edilib ki, layihə təkcə idmançıların uğurlarını deyil, həm də onların oyun üslubları və xarakterlərindəki fərqləri əks etdirmək məqsədi daşıyır.

"Samsung Galaxy Z Fold 8" versiyası Lionel Messinin portretini alıb. Bu portret 999-cu əyar qızıl örtüklü dekorativ elementlərdən istifadə edilməklə, isti arakəsməli mina texnikası ilə əllə işlənib. Kriştianu Ronalduya həsr olunmuş "iPhone 17 Pro Max" da eyni üslubda tərtib edilib.

"Caviar" eyni zamanda fərdi sifarişlə hazırlanan daha bir layihənin təfərrüatlarını açıqlayıb. Şirkət norveçli hücumçu Erlinq Holandın təsviri olan unikal və yeganə nüsxədə xüsusi dizaynlı "iPhone Ultra" hazırlayacaq.

Ronaldoya həsr olunmuş smartfonların qiyməti 679 min rubldan başlayır, Messi təsvirli modellər isə 799 min rubldan (17 min azn) təklif olunur. Ümumilikdə cəmi 19 nüsxə istehsal ediləcək.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO