Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Hazırda oxunan: Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

625782

Braziliya millisinin futbolçusu Neymar DÇ-2026-dan kənarlaşdıqdan sonra 23 milyon dollar dəyərində yaxta alıb.

Bizim.Media xəbər verir ki, bu barədə "TyC Sports" məlumat dərc edib.

Yaxta Rio-de-Janeyro ştatının Anqra-dus-Reys şəhərində yerləşir. Onun daxilində altı kayut və istirahət zonaları mövcuddur, üst göyərtəsində isə helikopter meydançası yer alır.
 

Braziliya 2026-cı il dünya çempionatındakı çıxışını 1/8 final mərhələsində Norveç yığmasına 1:2 hesabı ilə uduzaraq başa vurub. Həmin oyunda Erlinq Holand 79 və 90-cı dəqiqələrdə dubl edib.


Zədədən bərpa olunduğu üçün dünya birinciliyinin ilk iki oyununu qaçıran Neymar isə matçın 67-ci dəqiqəsində əvəzetmədən meydana daxil olub. O, 90+10-cu dəqiqədə penaltini dəqiq yerinə yetirərək hesabı azaltsa da, bu, komandanı xilas etməyə bəs etməyib.

Futbol üzrə dünya çempionatı iyunun 11-də start götürüb və iyulun 19-dək ABŞ, Meksika və Kanadada davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO