Gənc kikboksçu avtomobil qəzasında dünyasını dəyişdi  - FOTOLAR

Gənc kikboksçu avtomobil qəzasında dünyasını dəyişdi - FOTOLAR

Hazırda oxunan: Gənc kikboksçu avtomobil qəzasında dünyasını dəyişdi - FOTOLAR

254475
Azərbaycan Kikboksinq Federasiyasının üzvü, "Şahdağ Quba" idman klubunun kikboksçusu, "Baku Open" 2018 turnirinin qalibi Coşqun Qasımovxa0 avtomobil qəzasında dünyasını dəyişib.

Bu barədə məlumatı federasiyasının vitse-prezidenti, dünya çempionu Güloğlan Cabbarov verib.
“Bu gün Quba şəhərində maşın qəzasında həyatını itirən gənc kikboksçumuza Allah rəhmət eləsin. Mərhum kikboksçu məşqlərini "Şahdağ Quba" idman klubunun baş məşqçisi Telman Məhərrəmovun yanında davam etdirirdi. Böyük dərddir. Federasiyasının perspektivli idmançılarımızdan sayılırdı. Onun uğurları qarşıda idi.
Azərbaycan kikboksinqinin və ölkə idmanının başı sağ olsun”.

Elnur Eltürk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO