"Qantas Airlines" hava yollarına məxsus təyyarə dünyada yeni rekorda imza ataraq Avstraliyadan İngiltərəyə birbaşa reys edib.xa0
Bildirilir ki, təyyarə17 saat dayanmadan uçuşda olub. Belə ki, Avstraliyadakı Pert hava limanından yerli vaxtla martın 24-də saat 19-da havaya qalxan təyyarə Londonun Hitrou hava limanına martın 25-də səhər saat 5-də eniş edib.xa0
Təyyarənin göyərtəsində 16 ekipaj üzvü və 200 - dən artıq sərnişin olub. Birbaşa uçuşun uzunluğu 14498 kilometr olub və uçuş "Boeing 787-9 Dreamliner" təyyarəsində həyata keçirilib.



































































































