Xocalı soyqırımı ilə bağlı keçirilən anım tədbirlərini yetərli hesab edirsinizmi? Bir ermənişünas alim kimi o millətin xislətini və obrazlı desək, sarı simini bilirsiniz, ona necə toxunmalı? Onları etdikləri bu namərdliyə görə necə narahat etmək olar, işğalçını hansı yolla dünyada rüsvay etmək olar? Görünən odur ki, bu günədək bizim millət və dövlət olaraq apardığımız ifşa siyasəti çox pərakəndə və dişsiz olub
Siz hansı sarsıdıcı ifşa kampaniyaları təklif edirsiniz?
Türkiyənin Ərciyəs Universiteti Ermənişünaslıq bölümünün başqanı, ermənişünas alim, professor, ermənilərin iç üzünü və milli kimliyini çılpaqlığı ilə ifşa edən "Erməni faşizmi" kitabının müəllifi Qafar Çaxmaqlı Moderator.az əməkdaşının yuxarıdakı sual yağışına aşağıdakı cavabı verib:
Bu yazı bir neçə il əvvəl yazılıb. Amma düşünürəm ki, sizin verdiyiniz sualların qismən cavabıdır
Yenə də Xocalı... Biz nə etmək istəyirik?
Xocalı faciəsinin növbəti ilində Azərbaycanın məsələnin üstünə gütməsi çox yaxşıdır, bəlkə də bu 26 ildə etmədiklərimizdən nəticə çıxarmışıq. 26 il sonra dərk etmişik ki, Qarabağın bizimki edilməsi üçün müharibəyə hazırlaşmağın yanı sıra başqa işlərdə görməliyik. Dünyaya Erməninin nə demək olduğunu anlatmağa ehtiyac varmış, ən azından ona görə ki, indiyəcən dünya “bizim erməniləri öldürdüyümüzdən və Dağlıq Qarabağı onların əlindən almaq istədiyimizdən” narahat olub, hətta bir çox ölkələrdə Xocalı faciəsinin dəhşətli fotoları ermənilər tərəfindən ermənilərə edilmiş soyqırımı kimi qələmə verilmişdir. Biz isə sadəcə təkzib etməklə məşğul olmuşuq. Bəzi hallarda isə Xocalı ilə bağlı ermənixa0 iddialarını yalanlamaqda gücsüz qalmışıq, çünki “özümüzünkülər” ermənilərin əlinə imkan vermişlər ki, bu gerçək soyqırımından danışa bilməyək, onu gündəmə gətirə bilməyək. Eynulla Fətullayevin bu günlərdə niyə səsi çıxmır, yenədəmi bu fikrinin üstündə dayanır ki, ermənilər Xocalının dinc əhalisinə koridor vermişdilər ki, mühasirədən, amma onları kimsə qırmışdır?. Hanı Ayaz Mütəllibov, “onu yıxmaq üçün AXCxa0 bu faciəni törətdi”, deyərkən erməni dəyirmanına necə su tökdüyünü anlamışdımı? Heç olmasa indi anlayırmı nə qədər günah işlədib xalqı qarşısında? Deyə bilərsiniz ki, mən köhnə palan içi tökürəm. Qətiyyən. Amma ermənilərə və onların Xocalı ilə bağlı apardıqları siyasətə nə qədər dəyər verdiklərinin fərqində olduğuma görə belə deyirəm. Açın baxın erməni saytlarına.xa0 ”Xocalinskoye delo. Osobaya papka” hazırlayıb az qala bütün saytlarda yerləşdirdikləri materiallardaxa0 məhzxa0 adını çəkdiyim və çəkmədiyim adamların yazdıqlarına istinad olunur. Ermənilərin uzun müddət bu tutalqalardan yapışaraq məsulyyətdən yaxa qurtarmağa çalışmaları da təbiidir. Onun da fərqindəyəm ki, ermənilərxa0 bu Xocalıda törətdikləri gerçək soyqırımı faktından qorxurlar. Amma bizxa0 bu 26 ildə onların üzərinə qərarlı şəkildə getməmişik. Bizim bu sahədə təbliğatımız, içi mən qarışıq, Türkiyədən ötəyə getməmişdir.xa0 Hər ilxa0 o konfranslardan bir - ikisini də mən keçirirəm. Bundan öncə də hər il bu məsələyə biganə qalmadıq. Əlbəttə, qardaş Türkiyədə də bu gerçəkləri anlatmağa ehtiyac var, amma bu təbliğatların, yürüşlərin, mitinqlərin, konfransların bir sonucu olmalıdır.xa0
Biz nə etmək istəyirik?xa0xa0
Məncə, hər şeydən əvvəl Faciəni dünyanın hüquqi müstəvisinə çıxartmaq lazımdır. Hər gün Bəyanat vermək ayrı şeydir, Qanun layihəsə hazırlayıb parlamentlərdən, dünyanın hüquqi təşkilatlarındanxa0 keçirmək ayrı şey... Ona və digər dostlarımıza xatırladlm ki, əlimizdə olan buxa0 dəhşətli və unikal faktlardan istifadə edərək Xocalı faciəsini soyqırımı olaraq qəbul etmək üçün Qanun layihəsi hazırlanmalıdır, bu layihənin içərisində soyqırımı olaraq bilinən bütün sənədlər qoyulmalıdır. Bunu etməsək faciənin 100-cü ilində belə heç nəyə nail ola bilməyəcəyik. Məsələnin beynəlxalq həllinə nail olmaq üçünsə ayrıca fəaliyyət lazımdır. Ortada Bosniya nümunəsi var,xa0 Serebrenitsa soyqırımının qəbul edilməsi praktikasından faydalana bilərik. Pis örnək də olsa, Ermənilərin qondarma 1915 “soyqırımı”xa0 və onun 21 ölkə parlamentlərindən keçirməsi nümunəsi də var.xa0 O layihənin içinə nələri qoyurlar ermənilər, bildiklərimi deyim: “Mavi kitab”dakı iddiaları, Morgentaunun xatirələrini, saxtalaşdırdıqları digər “sənədləri”, yalan-palan fikirləri. Amma bizim sənəd saxtalaşdırmağa ehtiyacımız yoxdur. Hər şey ortadadır. Soyqırımı törədənlər də məlumdur: Koçaryan, Sarkisyan, Ohanyan - yaşayırlar, hamısının ünvanı da bəllidir. Onlarla bağlı cinayət işi açılmasına Türkiyəli vəkil Kemal Kerinçsizin ciddixa0 çalışmaları vardı. Onu da “ergenokoncu” deyə həbs etdilər, bu iş yarımçıq qaldı, yaxşı yadımdadır, ermənilər Kerinçsizi yamanca qaralamışdılar, onu Tələt paşanın davamçısı adlandırıdılar, qorxurdular onunxa0 Xocalı ilə ilgili fəaliyyətindən. Xocalının bir soyqırımı olaraq qəbul edilməməsi üçün dərhal əks- fəaliyyətə keçdilər, ortaya bir “layihə” də qoyduqlarını bizim səlahiyyət sahibləri bilməlidirlər. “1988-1993- cü illərdə Azərbaycanda ermənilərə qarşı edilmiş soyqırımlar” adlı layihənixa0 “Jarangutyun”(Miras) partiyası hazırlayıb, parlamentin müvafiq komissiyasına verdilər. Biz isə 26 ildir danışırıq, danışırıq...göstəririk, ağlaşmalar qururuq...
Durum belədir. Əgərxa0 bu ilki Türkiyə turnelərimiz də o biri illərdəkinə bənzəyəcəksə, yenə bunun içindən bir şey çıxmayacaq, pis mənada demirəm, bu “dil pəhlivanlarımız“ın bu dəfəki əməyi də hədər gedəcək. Mənim çox sevdiyim ifadələrdən birini burada işlətmək zorundayam:
xa0
“Bu vətən üçün nələr etmədik?xa0
Kimimiz öldük,xa0
Kimimizsə nitq söylədik”xa0xa0
Bunu da elə-belə, sözgəlişi dedim.





































































































