Görüşdə ali qonaq cəsur kəşfiyyatçımızın qəhrəmanlığı barədə məlumatlı olduğunu bildirib:

"Mən sizin qəhrəmanlığınız barədə dolğun məlumata malikəm və görüşməyimizə çox şad oldum. Burdakı xidməti dövrümdə Azərbaycanın daima dinamik sürətlə inkişafının şahidi oldum. Çox gözəl ölkəniz, adətləriniz və insanlarınız var".xa0

İbad Hüseynov da öz növbəsində ali qonağa öz minnətdarlığını bildirib, Azərbaycanda olan inkişafın memarı və qurucusu Ulu öndərimiz Heydər Əliyev olduğunu və bu siyasi kursun layiqli davamçısı Ali Baş Komandan cənab İlham Əliyev olduğunu qeyd edib.






































































































