Nobel mükafatçısı 70 yaşında dünyasını dəyişdi

Nobel mükafatçısı 70 yaşında dünyasını dəyişdi

Hazırda oxunan: Nobel mükafatçısı 70 yaşında dünyasını dəyişdi

146792
Moderator.az xəbər verir ki, ABŞ-ın Kaliforniya Texnologiya İnstitutunun Fiziki Biologiya Mərkəzinin direktoru, kimya üzrə Nobel mükafatı laureatı, kimya və fizika elmləri üzrə professor Əhməd Zevayl dünyasını dəyişibxa0

Xatırladaq ki, Əhməd Zevayl 2011-ci ildə Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmişdi.


Professor Əhməd Həsən Zevayl Misir əsilli Amerika kimyaçısıdır. O, 1946-cı il fevralın 26-da Misirdə, İsgəndəriyyə şəhərində doğulub. İsgəndəriyyə Universitetinin kimya üzrə bakalavr və magistr pilləsini bitirdikdən sonra təhsilini Amerikada davam etdirib. 1974-cü ildə Pensilvaniya Universitetində fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2 il Kaliforniya universitetində (Berkli) çalışıb. 1976-cı ildə Kaliforniya Texnologiya İnstitutunda işə qəbul edilib, 1982-ci ildən bu İnstitutun professorudur. 1990-cı ildə həmin İnstitutda əvvəllər dünya şöhrətli alim Laynus Polinqin rəhbərlik etdiyi kimyəvi fizika kafedrasının müdiri vəzifəsinə seçilib. Eyni zamanda Milli Elm Fondunun molekulyar fizika laboratoriyasının rəhbəri idi.

Professor Əhməd Zevayl kimya və fizika sahəsində çoxşaxəli elmi fəaliyyətlə məşğul olub, 1999-cu ildə “Femtosaniyələr texnikasından istifadə etməklə kimyəvi reaksiyalar zamanı yaranan keçid hallarının tədbiqi”x9dnə görə kimya üzrə Nobel mükafatı laureatı adına layiq görülüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO