
- A-
- A
- A+
Hadisə
09:06 / 01.07.2016
1 dəq oxunma
“Osman Qazi”x9d körpüsü açıldı - VİDEO
Hazırda oxunan: “Osman Qazi”x9d körpüsü açıldı - VİDEO
142928
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
İstanbulun Avropa və Asiya hissəsini birləşdirən “Osman Qazi”x9d körpüsünün açılışı olub.
Açılışı mərasimində prezident Rəcəb Tayyib Ərdoğan, baş nazir Binəli Yıldırım, hökumət üzvləri və millət vəkilləri iştirak edib.
Körpü İstanbul ilə İzmir şəhərləri arasındakı yolu 9 saatdan 3,5 saata qədər azaldacaq Gebze-Orhanqazi-İzmir Şosesi layihəsinin mühüm hissəsi olacaq. Açılış mərasimində çıxış edən Ərdoğan Çanaqqala boğazında yeni bir körpünü tikməyi planlaşdırqlarını deyib. Prezident körpünün adının “Çanaqqala 1915”x9d olacağını söyləyib.
Tikintisinə 12 milyard lirə (təxminən 4 milyard dollar) xərclənən “Osman Qazi”x9d körpüsü Mərmərə dənizinin şərqindəki Dil Burnu ilə Altınovanın Hersek Burnunu birləşdirir. Köpünün uzunluğu 2682 metrdir və dünyanın 4-cü ən uzun asma körpüsü hesab olunur.
Körpü ölkə iqtisadiyyatına 10 milyard dollara yaxın gəlir gətirəcək. Körpüdən istifadə etmək ödənişli olacaq. Minik avtomobilləri 40, yük avtomobilləri isə 85 dollar ödəyəcək.
Türkiyə prezidenti Ramazan ayının sonun kimi körpüdən istifadənin ödənişsiz olacağını söyləyib.(Publika.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.































































































