Qusarın Haçatala kəndində həmkəndlilər arasında düşən mubahisə birini xəstəxanaliq, digərini isə həbsxanalıq edib.
Hərbi xidmətdən bir gün əvvəl qayıtmış 20 yaşlı gənc 24 yaslı Haçatala kənd sakininə yaba ilə xəsarət yetirib. Qusar PŞ-dən verilən məlumata görə, faktla bağlı araşdırma aparılır.
Qusar polisi artıq Ravil Həmidovu yaxalayib. O, Qusar köhnə Xudat Qazmalar kənd sakinidir. Yaba xəsarəti alan Ruslan Cinnətov isə Xaçmaz rayon Mərkəzi xəstəxanasında mualicə olunur. (Region TV)



































































































