Gədəbəydə minik avtomobili traktorla toqquşub

Gədəbəydə minik avtomobili traktorla toqquşub

Hazırda oxunan: Gədəbəydə minik avtomobili traktorla toqquşub

128803
Gədəbəydə 4 nəfərin yaralanması ilə nəticələnən ağır yol nəqliyyat qəzası baş verib.
 
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Düz yurd kəndində qeydə alınıb.
 
Rayon sakini, 1985-ci il təvəllüdlü Teymur Şirinovun idarə etdiyi “VAZ 21011”x9d markalı avtomobillə 1970-ci il təvəllüdlü Fizuli Zeynalovun idarə etdiyi “MTZ-82L”x9d markalı traktor toqquşub.
 
Qəza zamanı “VAZ”x9d-ın sürücüsü və sərnişinləri, 1996-cı il təvəllüdlü Bəhruz Bayramov, 1989-cu il təvəllüdlü Vüqar Bayraməliyev və 1995-ci il təvəllüdlü Araz Musabəyov müxtəlif bədən xəsarətləri alaraq əvvəlcə Gədəbəy Mərkəzi rayon xəstəxanasına daha sonra isə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.
 
Faklta bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO