Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlıları birgə təlim keçirir - FOTO/VİDEO

Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlıları birgə təlim keçirir - FOTO/VİDEO

Hazırda oxunan: Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlıları birgə təlim keçirir - FOTO/VİDEO
195616
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Təsdiq olunan plana əsasən, Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə ölkəmizdə keçirilən “Qafqaz Qartalı - 2024” birgə təliminin açılış mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə MN-dən bildirilib.

Məlumata görə, əvvəlcə Azərbaycan, Türkiyə və Gürcüstan respublikalarının müdafiəsi və suverenliyinin qorunması uğrunda həlak olmuş hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər üç ölkənin Dövlət Himnləri səsləndirilərək dövlət bayraqları qaldırılıb.
Açılış mərasimində Xüsusi Təyinatlı Qüvvələrin komandanı vəzifəsini icra edən general-mayor Akif Pirverdiyev çıxış edərək, Müdafiə Nazirliyi rəhbərliyinin təbrikini şəxsi heyətə çatdırıb, təlim iştirakçılarına uğurlar arzulayıb.

Mərasimin rəsmi hissəsi başa çatdıqdan sonra təlim iştirakçıları üçün “Zirvədən-Zirvəyə, Qafqaz Qartalı!” adlı konsert proqram təqdim olunub.

Bədii proqramda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin hərbi orkestri, Bakı Xoreoqrafiya Akademiyasının və “Səma” rəqs ansamblının üzvləri yer alıblar.
 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO