- A-
- A
- A+
Повестка дня
01:47 / 02.10.2015
1 dəq oxunma
“İmzatoplama prosesində ağılasığmaz dərəcədə təqiblə üzləşdim”x9d
Hazırda oxunan: “İmzatoplama prosesində ağılasığmaz dərəcədə təqiblə üzləşdim”x9d
98477
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
“İmza dolu vərəqələrim yararsız hala salındığına görə məcbur qalıb namizədliyimi geri götürməli oldum”x9d.
Bunu İnform.az-a sabiq millət vəkili, 5-ci çağırış parlament seçkilərinə qatılan bitərəf namizəd Zəminə Dünyamalıyeva bildirib.
Onun sözlərinə görə, imza vərəqələrinin yararsız hala salınması yaşadığı əraziyə aid olmayan 13 nömrəli Mənzil Kommunal İstismar Sahəsində (MKİS) işləyən işçilər tərəfindən baş verib. Z. Dünyamalıyeva deyir ki, əslində o, həmin sahədə imza toplamayıb. Buna görə də başqa bir MKİS-nin işçilərindən özünə qarşı belə bir hərəkətin edilməsini anlaya bilmir.
“Mən çox təəssüf edirəm. Siyasi rəqabəti də əsl siyasətçi kimi sivil, tərbiyəli formada aparmaq lazımdır. Amma imzatoplama prosesində ağlasığmaz dərəcədə arzuolunmaz təqiblə üzləşdim”x9d.
Z. Dünyamalıyeva bildirdi ki, bu barədə namizədliyini verdiyi Seçki Dairəsinə müraciət etsə də, imza vərəqələrinin korlanmasının məsuliyyətinin onun üzərində qaldığı qeyd olunub. Seçki Dairəsindən müxtəlif bəhanələr gətirilərək namizədə yeni vərəqlər verilməyib.
“Əslində mənə korlanmış 2 ədəd imza vərəqinin yerinə yenisi verilməli idi. Amma verilmədi və mən imzatoplama prosesini bu səbəbdən başa çatdıra bilmədim.
Mənə qarşı bu cür davranmalarına çox təəssüf edirəm. Ona görə də məcbur olaraq namizədliyimi geri götürməli oldum”x9d- Z. Dünyamalıyeva bu hadisədən sonra nə edəcəyini bilmədiyini dedi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.































































































