- A-
- A
- A+
Gündəm
12:51 / 11.09.2015
2 dəq oxunma
“Avropa Parlamentinin şərə xidmət edən bu qətnaməsi...”x9d
Hazırda oxunan: “Avropa Parlamentinin şərə xidmət edən bu qətnaməsi...”x9d
94923
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
İqtisadçı millət vəkili Vahid Əhmədov Moderator.az - a açıqlamasında Avropa Parlamentinin antiAzərbaycan qətnaməsinə etirazını bildirib:
"Əslində belə bir qətnaməni mən gözləyirdim. Çünki etiraf edim ki, son illər Avropada, ümumiyyətlə Qərb dünyasında normal məntiqlə izah olunmayan proseslər yaşanır. Bir tərəfdən insan haqlarını, söz və mətbuat azadlığını əllərində bayraq edərək Azərbaycan kimi ölkələrə təzyiq edirlər, digər tərəfdən özləri heyrət doğuracaq dərəcədə qərəzli və fitnəkar siyasət yürüdürlər, yarım əsr ərzində söykəndikləri Avropa dəyərlərinə sarsıdıcı zərbə vururlar. Deməyim odur ki, artıq Avropanın son illərdəki yaramaz və təxribatçı davranışları qoca qitədə yaşayan hər kəsi narahat və pərt edir, bu məkana inteqrasiya istəklərində olan dövlətlərin və xalqların inamı sarsılır.
Azərbaycan müstəqliyini əldə etdiyi ilk illərdən Avropa ailəsinin bərabərhüquqlu üzvü olmaq istiqamətində səmimi siyasət yürüdüb, Rusiya faktorunu nəzərə alaraq balanslı siyasət yürütməsinə baxmayaraq birmənalı olaraq Qərbə inteqrasiyada maraqlı olduğunu təkcə bəyanatlarında deyil, əməli fəaliyyətində ortaya qoyub. Azərbaycanın memarı olduğu transmilli enerji və nəqliyyat layihələrini xatırlamaq yetər ki, bizim Avropa məkanı üçün necə əvəzolunmaz bir ölkə, bir strateji müttəfiq olduğumuz bəlli olsun. Amma görünür, Azərbaycanın bu qədər səmimi tərəfdaşlıq təşəbbüsləri onlara azlıq edir və buna görə də ikibaşlı siyasət yürüdənlər, bulanıq suda balıq tutmaq həvəsinə düşən ermənipərəst dairələr hər addımda Azərbaycanı gözdən salmaq siyasəti yürütməyə cəhd edirlər. Amma hər şərdə bir xeyir olduğu kimi, Avropa Parlamentinin Azərbaycandakı parlament seçkiləri öncəsi şərə xidmət edən bu qətnaməsi bizi dostumuzla düşmənimizi bir daha saf - çürük etməyə vadar edir. Azərbaycan erməni işğalına məruz qalsa da hələ də Avropadan, Qərbdən real dəstək əldə edə bilməyib və bu o deməkdir ki, əslində həmin dairələr də erməni dəyirmanına su tökürlər. Biz bu cür qətnamələrdən usanmamalıyıq, əksinə, daha da güclənməliyik ki, onlar etdiklərinə peşman olsunlar."
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
































































































