Azərbaycan Ordusunun 65 minlik hərbi maşın karvanı yola çıxdı -  FOTO

Azərbaycan Ordusunun 65 minlik hərbi maşın karvanı yola çıxdı - FOTO

Hazırda oxunan: Azərbaycan Ordusunun 65 minlik hərbi maşın karvanı yola çıxdı - FOTO

94259
Silahlı Qüvvələrin bütün qoşun növlərinin döyüşə hazırolma və döyüş qabiliyyətinin yoxlanılması məqsədilə sentyabrın 6-dan başalayan Komanda Qərargah Hərbi Oyunlarının ilkin mərhələsinə start verilib.xa0

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, birinci mərhələdə qoşunların və idarəetmə məntəqələrinin əməliyyat təyinatı rayonları istiqamətində yerdəyişməsinin, səfərbərlik ehtiyatlarının toplanması və təyinatı üzrə göndərilməsinin mühafizə və müdafəsinin təmin edilməsi məqsədilə döyüş aviasiyası ehtiyat aerodromlarına köçürülüb, eləcə də Raket və Artilleriya Qoşunlarının birlik və hissələri müvəqqəti atəş və start mövqelərinə çıxarılıb. Kolonların hərəkəti və hərbi daşınmaların hava hücumundan qorunması Hava Hücumundan Müdafiə qoşunları tərəfindən həyata keçirilir.

Döyüş texnikası və şəxsi heyətin hərəkətinin tənzimlənməsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə yollarda və marşrutlarda komendant xidməti təşkil olunub. Komanda Qərargah Hərbi Oyunları sentyabrın 13-dək davam edəcək.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO