Anar: “Təhminə obrazının bu qədər sevilməsinin sirrini mən də aydınlaşdıra bilməmişəm”

Anar: “Təhminə obrazının bu qədər sevilməsinin sirrini mən də aydınlaşdıra bilməmişəm”

Hazırda oxunan: Anar: “Təhminə obrazının bu qədər sevilməsinin sirrini mən də aydınlaşdıra bilməmişəm”
609662
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

““Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsərinin və Təhminə obrazının bu qədər sevilməsinin sirrini müəllifi kimi mən də aydınlaşdıra bilməmişəm. Bəzən müəllif özü də əsərinin sirrini tam anlaya bilmir. Çünki bəzi əsərlər yazılmır, onlar yaranır. Məhz buna görə yadda qalır. Bu, “başıbəlalı” adlandıra biləcəyim əsərdir. Digər əsərlərimin onu “qısqanması” isə təsadüfi deyil”.

Bizim.Media xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar deyib.

Xalq yazıçısı qeyd edib ki, Təhminə obrazı klassik sevgi qəhrəmanı deyil. “O, azad olmaq istəyən, hisslərini gizlətməyən, cəmiyyətin sərhədlərinə sığmayan obrazdır.

Təhminənin cəsarəti və ziddiyyətləri oxucunu cəlb edir. Bu, azad olmayan cəmiyyətdə azad qalmağa çalışan insanın hekayəsidir. Oxucu əsərdə təkcə iki insanın münasibətini yox, bütöv bir sistemə qarşı daxili üsyanı görür”, - deyə Anar əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO